Azərbaycan, Beşbarmaq dağı
Azərbaycan, Beşbarmaq dağı
Azərbaycan1 gün
hiking
Asan
6-12
Azərbaycan, İngilis
İcmal
Beşbarmaq dağı- Azərbaycanın Siyəzən rayonunda, Xəzər dənizinə yaxın ərazidədir. Bakı-Quba magistral yoluna baxaraq dəniz səviyyəsindən 470 m yüksəkliyi olan dağı görə bilərsiz. Dağ möhkəm qayadır və mifik hekayələri ilə tanınan Qafqazın ən məşhur dağlarından biridir. Bu, zəvvarların müntəzəm ziyarəti üçün müqəddəs bir yerdir. El arasında bura Xızır-Zində piri də deyilir. Bu pir Azərbaycanda kifayət qədər məşhurdur və bəziləri oranı müqəddəs ziyarətgah hesab edilir. Dağın zirvəsində ətraf ərazi və Xəzər dənizinə gözəl mənzərə açılır. Dağın üzərində və ətraf ərazidə III-VII əsrlərdə Sasanilər imperiyasının dövründə tikilmiş Beşbarmaq, sonra Gilgilçay, daha sonra isə Xəzər dənizi boyunca Azərbaycan ərazisinə hücum edən massagetlər, xəzərlər, hunlar, alanlar kimi köçəri qəbilələrdən qorunmaq üçün Dərbənd sistemi tikilib. Dağa ətraf ərazidən baxanda əlin beş barmağına bənzəyir
Öhdəliklər və əlavələr
- Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı da götürə və götürdüyünüz əlavə əşyaları maşında saxlaya bilərsiniz.
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.
Önə çıxanlar
- Beşbarmaq dağı
- Xəzər dənizi
- Siyəzən dağları
- Zirvədən Xəzər dənizinə açılan gözəl mənzərədən həzz alın.
- Beşbarmaq dağındakı Xıdır-Zində ziyarətgahını sirrini açın.
- Sahil boyu qədim Sasani müdafiəsinə şahid olun.
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.