Təlimlər
Burada təməl düşərgəçilik haqqında ilkin biliklərə yiyələnəcəksiniz.
Nələr Öyrənəcəksiniz?
Ətraf mühit və təbiəti qoruma məlumatı (Ekologiya)
Düşərgə ləvazimatları və təbiətdə geyim
Kürək çantasının hazırlanması
Düşərgə yeri seçimi və çadırın qurulması
Düşərgə mətbəxi
Ocaq məlumatı və ocaq yandırma
Təməl həyatda qalma və istiqamət tapma texnikaları
Düşərgə bıçaqları
Düşərgədə Təlim Proqramı
Bakıdan düşərgə ediləcək bölgəyə yola düşmə
Düşərgə yerinin qurulması, düşərgə yeri seçimi və çadır qurma təlimi
Düşərgə ləvazimatlarının tanıdılması və ümumi məlumatlar
Düşərgə çantasının hazırlanması
Düşərgə ocağı üçün odunun toplanması
Ocaq yandırma təlimi
Düşərgə yeməyinin hazırlanması
2.Gün
Düşərgə yeməyi hazırlanması
Təməl həyatda qalma bacarıqları
Ərazi gəzintisi və təbiət yürüşü
Düşərgənin toplanması və Bakıya dönüş
Təlimin Müddəti
Ofisdən məlumat alın
Kimlər iştirak edə bilər?
Təbiətdə maraqlı bir düşərgə etmək istəyən hər kəs iştirak edə bilər.
Təlimlər harada keçirilir?
Bakıya yaxın rayonlarda keçirilir.
Hansı ləvazimatlar lazımdır?
Yataq kisəsi xaricində lazım olan bütün ləvazimatlar klubumuz tərəfindən qarşılanır.
Təbiət idmanları içərisində bəlkə də adrenalini ən maraqlı idman növü qaya dırmanmasıdır. Çünki yer çəkiminə qarşı edilən nadir idman növlərindən birini meydana gətirməkdədir. Bütün əzələləri işlədən bir xüsusiyyətə sahib olması bu idmanı daha da ön plana çıxarır. Praktik zəkanızı istifadə etməyi, problemləri sağlam təhlil etməyinizi, oyun qurmanızı, planlı hərəkət etməyi inkişaf etdirir, tarazlıq-elastiklik-dayanıqlılıq baxımından daha yaxşı bir bədən və zehin gücünə sahib olmanıza imkan verir. Hətta yüksəklik qorxusu olanların ləvazimatlara güvən duyğusu qazandırılaraq bunun öhdəsindən gəldikləri müşahidə edilmişdir. Tək gerçək qorxunun "Yıxılma Qorxusu" olduğu ifadə edilər. Digərləri şüuraltımızın yaratdıqları qorxulardır. Qayada istifadə olunan ləvazimatlara güvənərək "Dırmanmanın Keyfini" yaşaya bilərik.
Qaya dırmanmasının bir çox növü vardır. Hər bir növlə dırmanmaq üçün təməl dırmanmanı bilməyimiz lazımdır.
Qaya dırmanması növləri aşağıdaklardır:
Sərbəst Dırmanma
Uzun Divar Dırmanması
İdman Dırmanması
Üstdən təhlükəsiz dırmanma
Solo Dırmanma
Free-Solo Dırmanma (İpsiz Dırmanma)
Bouldering (Qısa Qaya)
Süni Dırmanma
Feratta
Təməl Qaya Dırmanma Təlimi Proqramı
Dırmanma ləvazimatları haqqında məlumat
3 nöqtə qaydası
Qaya dırmanma texnikası
İp düyünləri(nəzəri və praktik)
İplə Eniş və Təhlükəsizlik Alma
Üstdən Təhlükəsizlik Alma
Texniki dırmanma ləvazimatları haqqında məlumat
Ləvazimatlara qulluq
Ətraf mühit və təbiəti qoruma məlumatı (Ekologiya)
Gün və Saatlar
Ofisdən məlumat əldə edin. +994 77 304 34 54
Qiymətlər
Ofisdən məlumat əldə edin. +994 77 304 34 54
Təbiət idmanlarında və təbiətdə edilən digər fəaliyyətlərdə sağlamlıq riskləri / həyati risklər ancaq məlumatlılıq, fiziki təchizat və təcrübə üçbucağının tamamlanmasıyla azaldıla bilər. Təbiətə idman etmək və ya müxtəlif fəaliyyətləri ehtiva edən məqsədlərlə üz tutanda baş verə biləcək risklərin fərqinə varmaq çox vacibdir. Lakin fərqində olmanız risklərin meydana gəlməsinin qarşısını almaz. Böhran anlarının idarə edilməsi bacarığı, necə müdaxilə etmək barədə məlumatlılıq təbiətdə zaman keçirən hər kəs üçün son dərəcədə əhəmiyyətlidir. Xüsusilə, sağlamlıq və ilk yardım məlumatı bu təchizatın ən həyati elementləridir. Təbiətdə reallaşdırılan istənilən növ fəaliyyət və təbiət idmanları əsnasında istənməsə də, qəzalar və yaralanmalar yaşana bilməkdə, var olan bəzi xəstəliklərin təbiətdə ortaya çıxması, ya da pisləşməsi baş verməkdədir.
Təlimin proqramı:
Ümumi ilk yardım məlumatları
Xəstə/yaralı və hadisə yerinin qiymətləndirilməsi
Qanamalar
Yaralanmalar
Yanıq, donma və günəş vurmaları
Qırıq, çıxıq və burxulmalar
Şüur pozulması
Zəhərlənmələr
Heyvan dişləmələri
Göz, qulaq və buruna hər hansı bir cisim girməsi
Boğulmalar
Yaralı daşıma texnikaları
Dağlar, qayalıqlar, qarlı ərazilər, vadilər, cığırlar və sirtlar üzərində etdiyiniz səfərlər sizi həm dağların, həm də ruhunuzun zirvəsinə çatdıracaq. Təşkil etdiyimiz dağçılıq təlimimiz sayəsində dağlarda güvən içində getmənin, düşərgə etməyin və zirvəyə çatmanın üsullarını öyrənəcəksiniz.
1 gün içində dağçılıq üçün lazımlı bütün nəzəri məlumatları əldə edə biləcəksiniz. Təlim sonrasında ediləcək olan təcrübi təlim düşərgəmizdə gerçək bir dağda düşərgə etməyi və reallaşdıracağımız zirvə dırmanması ilə dağa dırmanmağı təcrübə edə biləcəksiniz.
Nələr öyrənəcəksiniz?
Azərbaycan dağları haqqında məlumat
Dağçılıq və düşərgə ləvazimatları haqqında məlumat
Geyimlər və istifadə qaydası
Ayaqqabılar və istifadə qaydası
Eynəklər
Düşərgə ləvazimatları haqqında məlumat
Çadırlar
Yataq kisələri
Matlar, yemək bişirmə dəsti, ocaqlar
Təbiətdə məşq, qidalanma və mətbəx ləvazimatları
Təməl Məşq Məlumatı
Dağda və təbiətdə qidalanma, Təməl qida siyahısı
Təbiətdə İstiqamət Tapma və Təməl Xəritə Məlumatı
Kompas və istifadə texnikaları
GPS istifadəsi və texnikalar
Təbiətdə yolunu İtirmə
Təməl istiqamət tapma texnikaları
Gecə istiqamət tapma
Öncədən qoyulmuş zirvə hədəfinə görə yüksələn istiqamətdə dağ təlimi (İl boyu qoyulmuş hədəfə qədər)
Təlimin Müddəti
Nəzəri təhsil müddəti (1 Gün)
Təcrübi təhsil müddəti (2000 m yüksəklikdən başlayaraq yüksələn xətlə hədəfə qədər)
Kimlər iştirak edə bilər?
Zirvəyə dırmanma məqsədi qoymuş hamı iştirak edə bilər.
Təlimlər harada olacaq?
Nəzəri dərslərin sinif otağında, təcrübi dərslərin təbiətdə keçirilməsi nəzərdə tutulur.
Nələr Lazımdır?
Dərslərin keçirilməsi üçün bütün ləvazimatlar biz tərəfindən qarşılanacaqdır.
Gün və Saatlar
Ofisdən məlumat alın. +994 77 304 34 54
Qiymətlər
Ofisdən məlumat alın. +994 77 304 34 54